Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb

2020-ci ilin noyabrında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,4 faiz artıb.

Day.Az bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə istinadən məlumat verir.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,435 milyard, Azərbaycandan 1,64 milyard, İrandan 790 milyon kubmetr təşkil edib.

Noyabrda Rusiyadan Türkiyəyə qaz ixracı 123 faiz artıb, İrandan 8 faiz azalıb.

2020-ci ilin noyabrında Türkiyə 4,29 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 862,44 milyon kubmetr qaz isə mayeləşdirilmiş təbii qaz qismində alınıb.