https://news.day.az/azerinews/1333513.html Bu vərdiş ömrü 28 il qısaldır Bu vərdiş ömrü 28 il qısaldır. Day.Az Publika.az-a istinadla xəbər verir ki, alkoqoldan imtina etmək ömrü təxminən 30 il uzada bilər. İsveçdəki Karolinska İnstitutunun alimləri bu nəticəyə gəliblər. Eksperimentin nəticələri "Express" qəzetində dərc edilib.

Bu vərdiş ömrü 28 il qısaldır

Azərbaycanca, 12 апреля 2021 22:04 (UTC +04:00) 1 219
Bu vərdiş ömrü 28 il qısaldır

Bu vərdiş ömrü 28 il qısaldır.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, alkoqoldan imtina etmək ömrü təxminən 30 il uzada bilər.

İsveçdəki Karolinska İnstitutunun alimləri bu nəticəyə gəliblər. Eksperimentin nəticələri "Express" qəzetində dərc edilib.

Araşdırmada mütəxəssislərin 20 ildir Danimarka, Finlandiya və İsveçdəki alkoqol asılılığı olan insanların ömrünü izlədikləri qeyd olunur. Spirtli içki qəbul edən insanların müxtəlif xəstəliklərdən ölüm nisbəti nəzərəçarpacaq dərəcədə yüksək olub. Orta hesabla onların ömür müddəti 28 il azalıb.

Həkimlər mütəmadi olaraq alkoqollu içkilərin bədənə mənfi təsirləri barədə xəbərdarlıq edirlər. Kiçik dozalarda olsa da, alkoqol xüsusilə xərçəng, demans, impotensiya və sonsuzluq riskini əhəmiyyətli dərəcədə artırır. Alkoqol ürək, beyin və qaraciyərin işinə də mənfi təsir göstərir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости