https://news.day.az/azerinews/1392311.html Gələn həftə 3 gün Bakıda yağış yağacaq - XƏBƏRDARLIQ

Gələn həftə 3 gün Bakıda yağış yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanca, 15 октября 2021 22:17 (UTC +04:00) 1 924
Gələn həftə 3 gün Bakıda yağış yağacaq

Azərbaycanın dağlıq ərazilərinə qar yağacaq.

Day.Az bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-dən 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Oktyabrın 20-də gündüz şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu oktyabrın 20-21-də ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə ağaşı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 18-dən 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости