Şərqşünaslıq İnstitutunun əməkdaşı Liviyada beynəlxalq konfransda çıxış edib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova oktyabrın 21-də Liviyada keçirilən IV Beynəlxalq Afrika Elm, Texnologiya və Sosial Elmlərdə Cari Tədqiqatlar Konfransında iştirak edib.

İnstitutdan Trend-ə bildirilib ki, konfransın işinə ZOOM proqramı vasitəsilə qatılan şərqşünas misirli yazar "Məhəmməd Yusuf Əl-Quayyidin əsərlərində müharibə reallıqları" mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə müharibə dəhşətlərinin ədəbiyyatda real inikası məsələlərinə toxunulub, pərdə arxasında həmişə böyük dövlətlərin maraqlarının durduğu, bunun fəsadlarından isə günahsız xalqın əziyyət çəkdiyi vurğulanıb.