https://news.day.az/azerinews/1409618.html Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib - FOTO

Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib - FOTO

Azərbaycanca, 29 ноября 2021 19:10 (UTC +04:00) 842
Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Baş naziri, COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, iclasda pandemiya ilə bağlı hazırkı vəziyyət - yoluxmanın miqyası, xəstələrin müalicəsi, peyvəndlənmənin sürəti və miqyası, xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair məsələlər müzakirə olunub.

Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

İclasda, habelə omikron ştammı və ona qarşı proflaktik tədbirlər müzakirə olunub və müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.

  • Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib
  • Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib
  • Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib
  • Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости