Yollarda su yığılması halları heç də birbaşa yol infrastrukturu ilə bağlı olmur - AAYDA Rəsmisi
Ötən gündən başlayan yağıntılı hava şəraiti nəticəsində yollarda su yığılması halları baş verir. Yollarda ümumi vəziyyətin necə olduğunu və aidiyyəti qurum tərəfindən hansı tədbirlərin görüldüyünü öyrənmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq.
Day.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmisi Anar Nəcəfli deyib ki, yağıntının intensiv olduğu dövrdə agentliyin balansında olan avtomobil yollarında vəziyyət nəzarətdə saxlanılır.
O, bildirib ki, yol infrastrukturu və suötürücü qurğular üzrə zəruri operativ tədbirlər görülür.
"Qeyd edək ki, yollarda su yığılması halları heç də birbaşa yol infrastrukturu ilə bağlı olmur. Bəzi hallarda buna ərazinin ümumi yağış və drenaj sistemləri, qrunt suları və digər mühəndis-kommunikasiya amilləri səbəb ola bilər. Belə hallar müəyyən edildikdə məsələ aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həll olunur.
Hazırda Agentliyin səlahiyyətinə aid olan yollar üzrə vəziyyət nəzarətdədir və zəruri tədbirlər davam etdirilir", - qurum rəsmisi deyib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре