https://news.day.az/azerinews/1412308.html Dünya şöhrətli fotoqrafın dronu Şuşada yoxa çıxdı - FOTO

Dünya şöhrətli fotoqrafın dronu Şuşada yoxa çıxdı - FOTO

Azərbaycanca, 6 декабря 2021 15:16 (UTC +04:00) 349
Dünya şöhrətli fotoqrafın dronu Şuşada yoxa çıxdı

Dünya şöhrətli fotoqraf Reza Deqatinin dronu Şuşada itib.

Day.Az xəbər verir ki, bu barədə lent.az-a Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Hasanov məlumat verib.

O qeyd edib ki, dekabrın 5-də işğaldan azad olunmuş Şuşa şəhərində çəkiliş apararkən R. Deqatinin dronu texniki səbəbdən naməlum ərazidə yoxa çıxıb. Ötən gün ərzində dronun axtarışları aparılıb.

Hətta axtarışlara Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da qoşulub. Aparılan axtarışlar nəticəsində bu gün səhər saatlarında dronun düşdüyü ərazi müəyyən edilib. Dron ərazidən götürülərək sahibinə qaytarılıb.

  • Dünya şöhrətli fotoqrafın dronu Şuşada yoxa çıxdı
  • Dünya şöhrətli fotoqrafın dronu Şuşada yoxa çıxdı
  • Dünya şöhrətli fotoqrafın dronu Şuşada yoxa çıxdı
  • Dünya şöhrətli fotoqrafın dronu Şuşada yoxa çıxdı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости