https://news.day.az/azerinews/1426979.html Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Ankaranın simvollarından biri olan Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb.

Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb

Azərbaycanca, 14 января 2022 21:16 (UTC +04:00) 629
Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Ankaranın simvollarından biri olan Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb.

Day.Az Trend-ə istinadən bildirir ki, qüllənin üzərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin türk və ingilis dillərində "Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!" sözləri yazılmış lövhə əks olunub.

Qeyd edək ki, Azərbaycana və qardaşlığımıza aid əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq Atakule qülləsinin Azərbaycan bayrağının rənglərinə boyanması ənənə halını alıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости