İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin

Azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.

Day.Az xəbər verir ki, ilkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq.

Millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə deyib ki, işğaldan azad olunmuş ərazilərin infrastrukturunun formalaşdırılması, nəqliyyat şəbəkəsinin yenidən qurulması və inkişaf etdirilməsi həmin ərazilərə müntəzəm avtobus marşrutlarının təşkil edilməsinə imkan yaradır.

Nəzərdə tutulan marşrut xətləri isə Bakı - Şuşa - Bakı , Əhmədbəyli - Şuşa - Əhmədbəyli , Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir.

Xatırladaq ki, azad olunmuş torpaqlara ilk marşrut xətti hələ 2020-ci ilin yanvar ayında Cocuq Mərcanlıya açılıb.