https://news.day.az/azerinews/1427519.html DYP-dən yollardakı vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO

DYP-dən yollardakı vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO

Azərbaycanca, 17 января 2022 13:57 (UTC +04:00) 929
DYP-dən yollardakı vəziyyətlə bağlı

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb.

BDYPİ-dən Day.Az-a daxil olan açıqlamada deyilir:

"Ötən gün saat 19:00-dan başlayaraq DİN Baş Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 2-ci taqımının əməkdaşları Quba, Şabran və Xaçmaz Yol İstismar İdarələrinin işçiləri ilə birlikdə xüsusi texnikalardan istifadə edilməklə Gəndob-Yalama yolunun 0-48 və Bakı-Quba-Dağıstan sərhədi yolunun 130-204,7-ci km-də yolun hərəkət hissələrinin qardan təmizlənməsi və duzun səpilməsi işini davam etdirib. Onların gücləndirilmiş rejimdə xidmət aparması nəticəsində həmin ərazilərdə yol-nəqliyyat hadisəsi baş verməyib və yolda nəqliyyat vasitələri qalmayıb".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости