Bakıda sıxlıq olan küçə və prospektlər

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən Day.Az-a verilən məlumata görə, hazırda Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
6. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
9. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
10. Babək prospekti, mərkəz istiqamətində;
11. 20 Yanvar dairəsində;
12. Sabunçu-Zabrat şosesi, Koroğlu m/st istiqamətində sıxlıq müşahidə olunur.