https://news.day.az/azerinews/1497595.html
                    Bakı-Quba yolunda fəhlələri daşıyan avtobus aşdı,  ölən və yaralananlar var
                    
                                            
                    
                    
                        
                            
                                
                            
                                                                     
                                
                                
                                    
                                    
                                
                                                                
                            
                            
    
                            
                            
                                
                            
                                
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                        
                    
                                            
                            
                            
                        
                    
                                                                        
                                            
                                                                                                                                                
                                            
                            
                                
                            
                            
                                
                            
                            
                                
                            
                        
                    
                                            
                    
                                    
            Bakı-Quba yolunda fəhlələri daşıyan avtobus aşdı, ölən və yaralananlar var
 
                                
                                Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində Şabran rayonundan keçən hissədə qeydə alınıb.
10 0F 572 nömrəli "Mercedes" markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan 77 BC 230 dövlət qeydiyyat nişanlı "Chevrolete"markalı avtomobili ötmək istəyərkən toqquşub.
Hadisə nəticəsində mikroavtobus idarəetməni itirərək maşını aşırıb.
Qəza zamanı mikroavtobuslar olan 1 nəfər- 1957-ci il təvəllüdlü Ələkbərov Adil Ələkbər oğlu hadisə yerində dünyasını dəyişib,10 nəfər sərnişin xəstəxanaya yerləşdirilib.
Məlumata görə, mikroavtobusda olan sərnişinlər fəhlələr olub.
Читать Day.Az в:
                                
                            Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре
