https://news.day.az/azerinews/1497687.html Niyə bəzi heykəllərin üzərindəki yazılar hələ də kiril əlifbasında qalır? - AÇIQLAMA Azərbaycanda hələ də bəzi heykəllər üzərində kiril əlifbası ilə yazılmış yazılar qalmaqdadır. Baxmayaraq ki, Azərbaycan 31 ildir ki latın qrafikalı əlifbaya keçid edib. Ümumiyyətlə heykəllərin üzərində olan kiril əlifbalı yazılarla bağlı hər hansı bir dəyişikliyin edilməsi nəzərdə tutulurmu?

Niyə bəzi heykəllərin üzərindəki yazılar hələ də kiril əlifbasında qalır? - AÇIQLAMA

Azərbaycanca, 23 сентября 2022 11:08 (UTC +04:00) 1 767
Niyə bəzi heykəllərin üzərindəki yazılar hələ də kiril əlifbasında qalır?

Azərbaycanda hələ də bəzi heykəllər üzərində kiril əlifbası ilə yazılmış yazılar qalmaqdadır.

Baxmayaraq ki, Azərbaycan 31 ildir ki latın qrafikalı əlifbaya keçid edib.

Ümumiyyətlə heykəllərin üzərində olan kiril əlifbalı yazılarla bağlı hər hansı bir dəyişikliyin edilməsi nəzərdə tutulurmu?

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər ki, həmin yazıların yenilənməsi planlaşdırılır:

"Heykəllər üzərindəki kiril əlifbası ilə olan yazılar hamısı mərhələli şəkildə dəyişiləcək və məlumat lövhəsi də əlavə olunacaq", - nazirlikdən qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости