https://news.day.az/azerinews/1513738.html “PAŞA Bank” tərəfindən “Rəqəmsal Zirvələr 2022” konfransı keçiriləcək Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank" növbəti dəfə "Rəqəmsal Zirvələr" konfransını keçirəcək. 7-10 dekabr tarixlərini əhatə edəcək konfrans texnologiyalar aləminin yeniliklərini və dünya ölkələrinin ən yaxşı təcrübələrini nəzərdən keçirmək üçün sənayenin aparıcı simalarını bir araya gətirəcək.

“PAŞA Bank” tərəfindən “Rəqəmsal Zirvələr 2022” konfransı keçiriləcək

Azərbaycanca, 23 ноября 2022 17:15 (UTC +04:00) 4 924
“PAŞA Bank” tərəfindən “Rəqəmsal Zirvələr 2022” konfransı keçiriləcək

Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank" növbəti dəfə "Rəqəmsal Zirvələr" konfransını keçirəcək.

7-10 dekabr tarixlərini əhatə edəcək konfrans texnologiyalar aləminin yeniliklərini və dünya ölkələrinin ən yaxşı təcrübələrini nəzərdən keçirmək üçün sənayenin aparıcı simalarını bir araya gətirəcək.

Tədbirin spikerləri  "ProductHunt", "DevOps", kibertəhlükəsizlik, data və dizayn istiqamətlərini əhatə edərək, iştirakçılarla praktiki tövsiyələrini paylaşacaqlar.

Qeyd edək ki, "Rəqəmsal Zirvələr 2022" konfransı hibrid formatda keçiriləcək. Belə ki, tədbiri feysbuk sosial şəbəkəsi üzərindən canlı yayım vasitəsilə izləmək də mümkün olacaq.

Tədbirdə fiziki olaraq iştirak etmək üçün bu linkdən https://digitalheights.az qeydiyyatdan keçməyiniz xahiş olunur. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости