https://news.day.az/azerinews/1516591.html Bu rayonlara qar yağıb - FOTO Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb. APA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində qarın hündürlüyü 15-25 santimetrə çatıb.

Bu rayonlara qar yağıb - FOTO

Azərbaycanca, 4 декабря 2022 11:04 (UTC +04:00) 1 291
Bu rayonlara qar yağıb

Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində qarın hündürlüyü 15-25 santimetrə çatıb.

Daşkəsəndə yağan qarın yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün "31 saylı Yol İstismarı" MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.

Gədəbəydə ucqar kəndlərə 5-10 sm qar yağıb. Gədəbəydə də yollarda nəqliyyatın hərəkətinə çətinlik yaranmaması üçün qum-duz qarışığı səpilir.

Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.

  • Bu rayonlara qar yağıb
  • Bu rayonlara qar yağıb
  • Bu rayonlara qar yağıb
  • Bu rayonlara qar yağıb
  • Bu rayonlara qar yağıb
  • Bu rayonlara qar yağıb
  • Bu rayonlara qar yağıb
  • Bu rayonlara qar yağıb
  • Bu rayonlara qar yağıb
  • Bu rayonlara qar yağıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости