https://news.day.az/azerinews/1532392.html Səfirlik əməkdaşlarına qarşı terror aktı qəbuledilməzdir - Qırğızıstan XİN rəhbəri 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramova zəng edən Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, Səfirliyimizin əməkdaşının bu xain terror aktı nəticəsində həyatını itirməsini dərin...

Səfirlik əməkdaşlarına qarşı terror aktı qəbuledilməzdir - Qırğızıstan XİN rəhbəri

Azərbaycanca, 27 января 2023 20:38 (UTC +04:00) 1 623
Səfirlik əməkdaşlarına qarşı terror aktı qəbuledilməzdir

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramova zəng edən Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, Səfirliyimizin əməkdaşının bu xain terror aktı nəticəsində həyatını itirməsini dərin kədər hissi ilə qeyd edərək, öz başsağlığını çatdırıb.

Beynəlxalq hüquq normalarına zidd şəkildə diplomatik xidmət orqanlarına və onların əməkdaşlarına qarşı törədilən bu kimi xain hücumları qətiyyətlə pisləyən nazir Ceenbek Kulubayev, Qırğız Respublikasının Azərbaycan ilə həmrəyliyini, Səfirlik əməkdaşlarına qarşı bu terror aktlarının törədilməsinin qəbuledilməz olduğunu bildirib.

Nazir Ceyhun Bayramov başsağlığına və həmrəylik nümayişinə görə öz həmkarına təşəkkür edərək, Səfirliyimizin əməkdaşının həyatını itirməsinə səbəb olan bu qanlı əməlin günahkarlarının müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini əminliklə vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости