https://news.day.az/azerinews/1533631.html İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə İçərişəhərdə "Gənclər yarmarkası" keçiriləcək. Gənclər və İdman Nazirliyindən Day.Az-a bildiriblər ki, fevralın 1-də Qoşa qala meydanında gerçəkləşəcək tədbir saat 10:00-da başlayacaq və 17:00-dək davam edəcək.

İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək

Azərbaycanca, 31 января 2023 23:10 (UTC +04:00) 1 913
İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə İçərişəhərdə "Gənclər yarmarkası" keçiriləcək.

Gənclər və İdman Nazirliyindən Day.Az-a bildiriblər ki, fevralın 1-də Qoşa qala meydanında gerçəkləşəcək tədbir saat 10:00-da başlayacaq və 17:00-dək davam edəcək.

Yarmarka nazirlik və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən "Gənclər evi" sosial xidmət müəssisələri tərəfindən həyata keçirilən müxtəlif fəaliyyətlərin ictimaiyyətə yaxından tanıdılması, habelə yaradıcı və fiziki məhdudiyyətli gənclərin iştirakı ilə onların hazırladıqları əl işlərinin sərgi-satışı, bir sözlə, inklüzivliyin təmin edilməsi məqsədilə keçirilir.

Eyni zamanda yarmarkada bir-birindən maraqlı və müxtəlif məzmunlu yarışlar olacaq. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar. Yarmarkada Gənclər evlərinin istedadlı gənclərinin iştirakı ilə maraqlı musiqi nömrələri təqdim ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости