https://news.day.az/azerinews/1535940.html Türkiyədə zəlzələ bölgəsində 60 217 şəxsi heyət axtarış və xilas-etmə işləri görür

Türkiyədə zəlzələ bölgəsində 60 217 şəxsi heyət axtarış və xilas-etmə işləri görür

Azərbaycanca, 7 февраля 2023 20:59 (UTC +04:00) 1 478
Türkiyədə zəlzələ bölgəsində 60 217 şəxsi heyət axtarış və xilas-etmə işləri görür

60217 şəxsi heyət hazırda zəlzələ bölgəsində axtarış, xilas-etmə işləri görür.

Day.Az-ın məlumatına görə, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ riski və zəlzələlərin azaldılması üzrə baş direktoru Orhan Tatar deyib.

O qeyd edib ki, yardımlar koordinasiya olunmalıdı.

"425 ardıcıl sarsıntılar olub. Bunlar 5 və daha artıq ballıq olur. Bu cür sarsıntılar bir müddət davam edəcək. ", -deyə o bildirib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости