https://news.day.az/azerinews/1862988.html Elşən bayrağına aşiq idi - Şəhid anası Biz nə qədər qəmli, kədərli olsaq da, şəhidlərimizlə fəxr edirik. Mən Elşənimlə fəxr edirəm. Oğlum bayrağımıza aşiq idi. Bunu Trend-ə açıqlamasında 2020-ci il oktyabrın 9-da Suqovuşanda şəhid olan Elşən Müslümovun anası Şövqiyə Müslümova Anım Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıqda açıqlamasında deyib.

Elşən bayrağına aşiq idi - Şəhid anası

Azərbaycanca, 27 сентября 2026 10:17 (UTC +04:00) 175
Elşən bayrağına aşiq idi

Biz nə qədər qəmli, kədərli olsaq da, şəhidlərimizlə fəxr edirik. Mən Elşənimlə fəxr edirəm. Oğlum bayrağımıza aşiq idi.

Bunu Trend-ə açıqlamasında 2020-ci il oktyabrın 9-da Suqovuşanda şəhid olan Elşən Müslümovun anası Şövqiyə Müslümova Anım Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıqda açıqlamasında deyib.

O, oğlu ilə son danışıqlarını xatırlamağın çətin olduğunu bildirib: "Dərdimiz o qədər böyükdür ki, bəzi xatirələrimizi də itiririk. Elşən arada zəng edib "Ana, narahat olma, hər şey yaxşı olacaq" deyirdi".

 

Şövqiyə Müslümova bildirib ki, Elşənin Elnaz adlı qızı var. Şəhid olanda qızı altı aylıq idi, indi isə birinci sinifdə oxuyur.

"Elşən bayrağına aşiq idi, ona həmişə "bayraq sevdalısı" deyirdim. Qızı da bayrağını çox sevir. Elnaz "Mənim atam qəhrəmandır" deyərək böyüyür, atası ilə qürur duyur", - deyə şəhid anası qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilib. Bu gün ölkənin şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости