https://news.day.az/azerinews/1547786.html
Azərbaycanda ət istehsalı 2,8 faiz artıb
Yanvar-fevral aylarında Azərbaycanda diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta və 39,5 min ton tərəvəz istehsal olunub.
Azərbaycanda ət istehsalı 2,8 faiz artıb

Yanvar-fevral aylarında Azərbaycanda diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta və 39,5 min ton tərəvəz istehsal olunub.
Dövlət Statistika Komitəsindən Day.Az-a bildirilib ki, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 2,8 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 16,1 faiz və tərəvəz istehsalı 0,8 faiz artıb.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,4 faiz, bitkiçilik məhsulları istehsalı 1,9 faiz artıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре