Çavuşoğlu Türkiyə-Azərbaycan münasibətlərindən

Azərbaycanın mənafeyi bütün dünyada bizim üçün önəmlidir.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

M.Çavuşoğlu onu da qeyd edib ki, Avropanın Azərbaycan qazına ehtiyacı var, bu baxımdan Trans-Anadolu qaz kəmərinin (TANAP) tutumunun artırılması vacibdir.

Türkiyəli nazir Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazır olduğunu bəyan etməsi ilə bağlı bildirib ki, Türkiyə Ermənistanla normallaşma istiqamətində görüşlərə başlayıb və xüsusi nümayəndələr təyin edilib.

"Azərbaycanın mənafeyi təkcə bu bölgədə deyil, bütün dünyada bizim üçün önəmlidir", - deyə o vurğulayıb.

Həmçinin oxuyun: Hulusi Akarla Mövlud Çavuşoğlu da deputat seçildi