https://news.day.az/azerinews/1567482.html İki ayağını itirən əsgər Everesti fəth edəcək Əfqanıstanda hər iki ayağını itirən Britaniya ordusunun keçmiş əsgəri dünyanın ən hündür dağı Everesti fəth etmək qərarına gəlib. Day.Az Lent.az-a istinadən xəbər verir ki, 43 yaşlı Qari Budha Maqar 2010-cu ildə Əfqanıstanda xidmət edərkən əldəqayırma partlayıcı qurğunun üstünə basıb və hər iki ayağını itirib.

İki ayağını itirən əsgər Everesti fəth edəcək

Azərbaycanca, 26 мая 2023 06:07 (UTC +04:00) 964
İki ayağını itirən əsgər Everesti

Əfqanıstanda hər iki ayağını itirən Britaniya ordusunun keçmiş əsgəri dünyanın ən hündür dağı Everesti fəth etmək qərarına gəlib.

Day.Az Lent.az-a istinadən xəbər verir ki, 43 yaşlı Qari Budha Maqar 2010-cu ildə Əfqanıstanda xidmət edərkən əldəqayırma partlayıcı qurğunun üstünə basıb və hər iki ayağını itirib. O, 8849 metr hündürlüyündə olan Everestə qalxmağı qarşısına məqsəd qoyub. Onun dağa qalxmağı beş-yeddi gün çəkəcəyi gözlənilir. 

Qeyd edək ki, komanda 5364 metrdən Everestin baza düşərgəsinin zirvəsinə qədər hündürlüyü qət etməli, şaxta ilə mübarizə aparmalı və buz üzərində sıldırım dırmaşmalı olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости