Sumqayıtda xəstəxana xəstələrin sənədləri ilə birgə talan edilib

Sumqayıtda Psixiatriya xəstəxanasının gündüz stasionar şöbəsi talan edilib.

Day.Az xəbər verir ki, oğurluq zamanı xəstəxanaya 45 min manatdan çox ziyan dəyib.

Araşdırmalarla hadisəni 3 nəfər - Ziyəddin Qəmbərov, Azər Qasımov və Nihat Həmzətovun törətməsi müəyyən edilib. Məlum olub ki, həmin şəxslər gecə saatlarında Sumqayıt şəhəri, Kamran Hüseynov küçəsi 131 ünvanında yerləşən Psixiatriya xəstəxanasının gündüz stasionar şöbəsindən oğurluq etmək məqsədilə həmin şöbənin yerləşdiyi 5 saylı yataqxananın qarşısına gəliblər.

Həmçinin oxuyun: Göyçayda ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı - VİDEO - FOTO

Əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən, gündüz stasionar şöbənin pəncərəsinin dəmir barmaqlığını qoparıblar. Ziyəddin Qəmbərov Nihat Həmzətovla birlikdə şöbənin ayrı-ayrı otaqlarından kompüter və tibbi avadanlıqlar götürüblər. Sumqayıt şəhər polisi Zirəddin Qasımov və Azər Qasımovu isti izlərlə tutub. Nihat Həmzətovun axtarışları isə davam etdirilir.

Qeyd edək ki, oğurlanan sənədlərin içərisində xəstəxanada qeydiyyatda olan bütün xəstələrin siyahısı da olub.

Faktla balğlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: