https://news.day.az/azerinews/1570094.html Orxan Məmmədov Tbilisidə Levan Vepxvadze ilə görüşüb

Orxan Məmmədov Tbilisidə Levan Vepxvadze ilə görüşüb

Azərbaycanca, 2 июня 2023 19:42 (UTC +04:00) 1 845
Orxan Məmmədov Tbilisidə Levan Vepxvadze ilə görüşüb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Tbilisidə Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Levan Vepxvadze ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Orxan Məmmədov özünün "Twitter" hesabında yazıb.

"Tbilisidə Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Levan Vepxvadze ilə görüşərək Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində qurumlarımız arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələləri və əməkdaşlıq perspektivlərini müzakirə etdik", - deyə o qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости