https://news.day.az/azerinews/1598980.html Fransa səfiri Rusiya XİN-ə çağırıldı Fransanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Day.Az xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, G20 Sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransında rusiyalı jurnalistlərin iştirakına icazə verilmədiyi üçün səfir nazirliyə çağırılıb.

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Azərbaycanca, 18 сентября 2023 18:44 (UTC +04:00) 863
Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Fransanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Day.Az xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, G20 Sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransında rusiyalı jurnalistlərin iştirakına icazə verilmədiyi üçün səfir nazirliyə çağırılıb.

Rusiya XİN-in bəyanatında həmçinin deyilir ki, Parisin Rusiyadan olan jurnalistlərə qarşı ayrı-seçkiliyə görə üzr istəməkdən imtina etməsi Fransanın Rusiya mediasına münasibətdə ayrı-seçkilik siyasətinə sadiqliyini nümayiş etdirir.

Qeyd edək ki, sentyabrın 9 -da Hindistanın paytaxtı Nyu-Dehlidə "Böyük İyirmiliy"in (G20) "Bir dünya, bir ailə, bir gələcək" adlı sammiti keçirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости