Qarabağdakı radikal separatçılara MESAJ - Bakı qərarını ELAN ETDİ - VİDEOMÜSAHİBƏ
Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində separatçıların təslim olmasından sonra əsas iş onların tərksilah edilməsidir.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə hərbi ekspert, ehtiyatda olan zabit Azər Bayramov bildirib.
"Separatçıların içində bəzi radikal qruplar var ki, tələblərimizə riayət etməsələr, onlar barəsində zəruri tədbirlər görüləcək. Lakin separatçıların əksəriyyəti silahı təhvil verəcək", - o qeyd edib.
Mövzu ilə bağlı geniş videomüsahibəni təqdim edirik:
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin, digər beynəlxalq tərəfdaşlarla görüşüb. O, görüşdə bildirib ki, könüllü surətdə silahı yerə qoyan hərbçilər azaddırlar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре