https://news.day.az/azerinews/1653111.html Damlanın prodüserindən səhhəti ilə bağlı AÇIQLAMA Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova yeni paylaşımı ilə adından söz etdirib. Sənətçi sosial şəbəkə hesabında xəstəxanadan qolunda "sistem" fotosunu yayımlayıb. Damla sözügedən paylaşımına heç bir şərh yazmayıb. Day.Az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı müğənni ilə əlaqə saxlayıb.

Damlanın prodüserindən səhhəti ilə bağlı AÇIQLAMA

Azərbaycanca, 18 апреля 2024 18:50 (UTC +04:00) 947
Damlanın prodüserindən səhhəti ilə bağlı

Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova yeni paylaşımı ilə adından söz etdirib.

Sənətçi sosial şəbəkə hesabında xəstəxanadan qolunda "sistem" fotosunu yayımlayıb. 

Damla sözügedən paylaşımına heç bir şərh yazmayıb.

Day.Az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Telefona isə ifaçının prodüseri Şamil İbrahimov cavab verib.

O bildirib ki, Damlanın səhhəti yaxşıdır:

"Damlanın "sistem" altında xəstəxana palatasında çəkilən fotosunu özüm paylaşmışam. Onun səhhəti yaxşıdır. Heç bir problem yoxdur. Viruslardan və xəstəliklərdən özünü qorumaq üçün profilaktik sistemlər edir. Damlanın səhhəti ilə maraqlanan hər bir kəsə təşəkkürümüzü bildiririk".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости