https://news.day.az/azerinews/1653176.html
Muxtar Babayev Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüb
Muxtar Babayev Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüb
![Muxtar Babayev Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüb](https://img.day.az/2024/04/19/800x550/azerbaycan_eib_190424.jpg)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Vaşinqtonda Avropa İnvestisiya Bankının rəhbəri Nadia Kalvino ilə görüşüb.
Day.Az-ın məlumatına görə, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Məlumata əsasən, görüş Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində baş tutub.
Bildirilib ki, Avropa İnvestisiya Bankı və digər çoxtərəfli inkişaf bankları iqlim maliyyələşdirməsini daha əlverişli və daha əlçatan edərək daha çox miqyasda açmaqda mühüm rola malikdir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре