SABAH.HUB-da yeniliklər var!

SABAH.HUB İnnovasiya Mərkəzi 2.5 ildir ki, yaranmasına baxmayaraq Azərbaycan innovasiya ekosistemində mühim yer tutur. SABAH.HUB İnnovasiya Mərkəzi fəaliyyətini əsasən aşağıdakı 3 istiqamət üzrə aparır:

  • SABAH.academy - ali təhsil müəssisələrində təhsil platforması olaraq sahibkarlıqla bağlı tədris proqramı;
  • SABAH.incubation - startap ideyası olan komanda və individualların ideyasını reallaşdırmağa dəstək olan inkubasiya proqramı;
  • SABAH.lab - startapların inkişaf və investisiya almasına dəsk olan akselerasiya proqramı.

Aktiv fəaliyyəti davam etdirən SABAH.HUB İnnovasiya Mərkəzi son günlərdə bir sıra yeniliklərə imza atıb. Mərkəz artıq ənənəyə çevrilmiş "STARTUP CAFE" tədbiri çərçivəsində yeni ofisinin açılışını, rəsmi www.sabahhub.com vebsaytının yenilənməsini və 7-ci kohort komandaları üçün növbəti "Demo Day" tədbirinin keçirilməsini qeyd etdi. 

"STARTUP CAFE" tədbiri həm SABAH.HUB startaplarının, həm də yerli innovasiya ekosisteminin nümayəndələrinin iştirakı ilə baş tutdu. "STARTUP CAFE" tədbirində iştirakçılar innovasiya və sahibkarlıq sahəsində təcrübələrini bölüşərək qarşılıqlı əlaqələr qurdular və potensial əməkdaşlıqlar haqqında müzakirələr apardılar. Bu tədbir yeni ofisin açılışına xüsusi olaraq təşkil olunmuş və iştirakçılara SABAH.HUB innovasiya ekosisteminə verdiyi dəstəyi bir daha nümayiş etdirmək məqsədi daşıyırdı.

SABAH.HUB İnnovasiya Mərkəzi, yeni ofisinin açılışı ilə yanaşı, rəsmi sabahhub.com vebsaytını da yenilədi. Yeni dizayn və funksional imkanlarla təmin edilmiş vebsayt, istifadəçilərə unikal və daha funksional həllər təqdim edir. Vebsaytın yeni versiyası vasitəsilə həm startaplar, həm də digər maraqlı tərəflər SABAH.HUB-ın fəaliyyəti, xidmətləri və yenilikləri haqqında daha ətraflı məlumat əldə edə bilərlər. Yenilənmiş vebsayt, istifadəçilərin ehtiyaclarını qarşılamaq və onlara daha yaxşı xidmət göstərmək məqsədi ilə optimallaşdırılmışdır.

Növbəti yenilik olaraq 17 may tarixində SABAH.HUB, 7-ci kohort akselerasiya proqramının startapları üçün "Demo Day" tədbirini keçirmişdir. Tədbirdə yerli və beynəlxalq investorlar, startap komandalar və digər qonaqlar çıxış  edib. Tədbir "Baku ID" tədbiri öncəsi hazırlıq xarakeri və mövcud vəziyyətə əsasən ilkin investisiya cəlbi daşıyıb.

Ətraflı məlumat əldə etmək və yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com vebsaytına daxil ola və rəsmi sosial media kanallarını (www.facebook.com, www.instagram.com, www.linkedin.com) izləyə bilərsiniz.