https://news.day.az/azerinews/1678900.html "Nikosayağı"dan gözlənilməz addım - FOTO "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şükürlü sosial media hesabında hər şeyi silib.Day.Az xəbər verir ki, blogerin keçən ilin avqustunda keçirdiyi qəzadan sonra fəaliyyətsiz qalan "Instagram" səhifəsində dəyişiklik edilib. Belə ki, səhifədə yayımlanan foto və videolar profil şəkli daxil olmaqla silinib.

"Nikosayağı"dan gözlənilməz addım - FOTO

Azərbaycanca, 1 августа 2024 10:19 (UTC +04:00) 828
"Nikosayağı"dan gözlənilməz addım

"Nikosayağı" adı ilə tanınan bloger Nicat Şükürlü sosial media hesabında hər şeyi silib.

Day.Az xəbər verir ki, blogerin keçən ilin avqustunda keçirdiyi qəzadan sonra fəaliyyətsiz qalan "Instagram" səhifəsində dəyişiklik edilib. Belə ki, səhifədə yayımlanan foto və videolar profil şəkli daxil olmaqla silinib. O, izlədiyi şəxsləri də izləmədən çıxarıb.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

 
  • "Nikosayağı"dan gözlənilməz addım
  • "Nikosayağı"dan gözlənilməz addım
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости