https://news.day.az/azerinews/1711542.html Azərbaycanda 18,2 milyon manatlıq çörək şirkəti bağlandı Azərbaycanda çörək istehsalçısı olan "Platek Pact" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyətinə xitam verilib. Day.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb şirkətin "ATS Food" MMC-yə qoşulmasıdır. Məlumata görə, "ATS Food" isə qoşulma nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Azərbaycanda 18,2 milyon manatlıq çörək şirkəti bağlandı

Azərbaycanca, 29 ноября 2024 16:04 (UTC +04:00) 1 547
Azərbaycanda 18,2 milyon manatlıq çörək şirkəti bağlandı

Azərbaycanda çörək istehsalçısı olan "Platek Pact" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyətinə xitam verilib.

Day.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb şirkətin "ATS Food" MMC-yə qoşulmasıdır.

Məlumata görə, "ATS Food" isə qoşulma nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Qeyd edək ki, "Platek Pact"ın Şəmkir şəhərində "Nəfis çörək" zavodu fəaliyyət göstərir. 2013-cü ildə yaradılan çörək istehsalı şirkəti 18 230 535 manat nizamnamə kapitalına malikdir. "ATS Food" MMC isə 2022-ci ildə yaradılıb və şirkətin nizamnamə kapitalının həcmi 58 401 000 manatdır. Hər iki şirkətin qanuni təmsilçisi MMC-lərin baş direktoru Hacıyev Tural Elxan oğludur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости