https://news.day.az/azerinews/1711762.html Türkiyədə əməliyyatlar: 46 şübhəli tutulub Türkiyədə noyabr ayında 6 ayrı cinayətkar təşkilata qarşı keçirilən "Kuyu" əməliyyatlarında 46 şübhəli tutulub. Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. Bildirilir ki, İstanbulda R.B., Samsunda N.B., Giresunda R.N. və Antalyada Ü.K., H.B. və M.H.

Türkiyədə əməliyyatlar: 46 şübhəli tutulub

Azərbaycanca, 30 ноября 2024 14:12 (UTC +04:00) 338
Türkiyədə əməliyyatlar:

Türkiyədə noyabr ayında 6 ayrı cinayətkar təşkilata qarşı keçirilən "Kuyu" əməliyyatlarında 46 şübhəli tutulub.

Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Bildirilir ki, İstanbulda R.B., Samsunda N.B., Giresunda R.N. və Antalyada Ü.K., H.B. və M.H. tərəfindən idarə olunan 6 ayrı təşkilata qarşı "Kuyu-47", Kuyu-48", Kuyu-49" və "Kuyu-50" əməliyyatları keçirilib.

 

Yerlikaya jandarmanın noyabr ayında keçirdiyi bu əməliyyatlar nəticəsində 46 şübhəlinin tutulduğunu, onlardan 29-nun həbs edildiyini, 15-nin məhkəmə nəzarəti ilə azad edildiyini və 2 şübhəlinin istintaqının davam etdiyini qeyd edib.

Əməliyyatlar nəticəsində çoxlu sayda kəsici və deşici alət, qanunsuz silahlar, müxtəlif miqdarda narkotik maddələr, xarici valyuta və türk lirəsi ələ keçirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости