https://news.day.az/azerinews/1714870.html
Bakının Yasamal rayonunda abadlaşdırma işlərinə başlanılır - 38 milyon manatlıq layihə
Bakının Yasamal rayonunda abadlaşdırma işləri həyata keçiriləcək. Bu barədə Day.Az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib. Belə ki, qeyd olunan ərazi üzrə Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işləri aparılacaq.
Bakının Yasamal rayonunda abadlaşdırma işlərinə başlanılır - 38 milyon manatlıq layihə
Bakının Yasamal rayonunda abadlaşdırma işləri həyata keçiriləcək.
Bu barədə Day.Az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, qeyd olunan ərazi üzrə Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işləri aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 38 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре