Azərbaycanda unun topdansatış qiyməti dəyişib

Azərbaycanda fevral ayının 10-na unun son topdansatış qiymətləri məlum olub.

Day.Az xəbər verir ki, fevralın 10-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,50-28,20 manat arasında dəyişir.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC (26 manat 50 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik).

"Dəvəçi-Taxıl" MMC tərəfindən istehsal olunan unun topdan satış qiymətləri əvvəlki göstəriciləri ilə müqayisədə 50 qəpik bahalaşıb.

Bu ilin fevralın 10-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

"ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,20 manat (10 qəpik baha);

"Anadoluqida" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,40 manat (25 qəpik baha);

"AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,3 manat (15 qəpik baha);

"KARAT HOLDİNQ" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,3 - 27,4 manat (15 qəpik baha);

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26,8 manat (20 qəpik baha);

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,6 manat (25 qəpik baha);

"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,85 manat (25 qəpik baha);

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28,10 manat (40 qəpik baha);

"Qarabağ un" MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26,90 manat (10 qəpik baha);

"Hazartürk LTD" MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27 manat;

"Sünbül 2012" MMC, "Avrora" MMC və "Taxıl AQRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,3 manat (30 qəpik baha);

"SKY AGRO" MMC və "Bakı Taxıl Terminalı" MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,1 manat (5 qəpik baha);

"Səma" fərdi firması, "PAK-NUR" FİRMASI, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "Karmen", "Orxan UN", "Xırman", "Dəniz un sənayesi LTD" MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,3 manat (25 qəpik baha);