https://news.day.az/azerinews/1754672.html Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi - FOTO "Şəmkir Un-Yem" MMC-nin direktoru Aslan Əliyev həbs edilib. Day.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, direktor Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi - FOTO

Azərbaycanca, 22 мая 2025 10:23 (UTC +04:00) 435
Şəmkirdə milyonluq yeyinti

"Şəmkir Un-Yem" MMC-nin direktoru Aslan Əliyev həbs edilib.

Day.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, direktor Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

A.Əliyev xüsusilə külli miqdar təşkil edən 1 milyon manata yaxın vəsaitin mənimsənilməsində və torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İttihamlar sübuta yetiriləcəyi təqdirdə, eks-dəyirman direktoru 14 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, "Şəmkir Un-Yem" 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.

  • Şəmkirdə milyonluq yeyinti
  • Şəmkirdə milyonluq yeyinti
  • Şəmkirdə milyonluq yeyinti
  • Şəmkirdə milyonluq yeyinti
  • Şəmkirdə milyonluq yeyinti
  • Şəmkirdə milyonluq yeyinti
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости