https://news.day.az/azerinews/1775067.html
Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanılıb Day.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanılıb
Day.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində 2 (iki) nəfər Banqladeş Xalq Respublikası vətəndaşı - 1985-ci il təvəllüdlü Mon Pabon Chandra və 2001-ci il təvəllüdlü MD Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Bildirilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре