https://news.day.az/azerinews/1796712.html Bu evlər söküləcək, proses başladı - RƏSMİ AÇIQLAMA Sumqayıtda iki mərtəbəli taxta konstruksiyalı evlər söküləcək. Sakinlər bildirirlər ki, barak tipli evlər hazırda qəzalı vəziyyətdədir. Hər mərtəbədə 8 ailə yaşayır və onların həyatı hər an təhlükə altındadır. Sakinlərdən biri deyir ki, o, 33 ildir həmin evlərdə yaşayır.

Bu evlər söküləcək, proses başladı - RƏSMİ AÇIQLAMA

Azərbaycanca, 20 ноября 2025 11:56 (UTC +04:00) 16 560
Bu evlər söküləcək, proses başladı

Sumqayıtda iki mərtəbəli, taxta konstruksiyalı evlər söküləcək. Sakinlər bildirirlər ki, barak tipli evlər hazırda qəzalı vəziyyətdədir. Hər mərtəbədə 8 ailə yaşayır və onların həyatı hər an təhlükə altındadır.

Sakinlərdən biri deyir ki, o, 33 ildir həmin evlərdə yaşayır. Kanalizasiya sistemi və digər kommunal xidmətlər bərbad vəziyyətdədir, bloklar isə uçub-tökülür.

Day.Az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, şəhərdə istismar müddətini başa vurmuş taxta konstruksiyalı evlərin sökülməsi prosesi artıq başlayıb. Hazırda 17-ci və 21-ci məhəllələrdə işlər davam etdirilir. Sökülən evlərin yerində müasir binalar inşa ediləcək.

"Qeyd olunan ərazilərdə də taxta konstruksiyalı binaların sökülərək yerində müasir binaların tikilməsi planlaşdırılır. Proses mərhələli şəkildə aparılacaq", - deyə o bildirib.

Qeyd edək ki, bu evlər İkinci Dünya Müharibəsindən sonra Sumqayıtın tikintisində iştirak etmiş şəxslər üçün inşa olunub.

Elxan

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости