Siberian Wellness bağırsaq problemlərinə fokuslanıb

30 illik davamlı böyümə və beynəlxalq inkişaf mərhələsi keçməkdə davam edən Siberian Wellness şirkəti bağırsaq sağlamlığı və həzmsizlik istiqamətində genişlənməyi hədəfləyir.

Şirkət, müasir həyat tərzi, sürətli yaşam tempi və çətinliklərin bağırsaq sisteminə hiss olunmaz dərəcədə mənfi təsir göstərdiyindən narahatdır. Dünya həkimləri artıq meqapolislərdə yaşayan və işləyən insanlar üçün "şəhər diaqnozları" qrupuna daxil olan "ofis disbiozu", "menecer sindromu" və "metabolik stress" kimi terminlərdən danışırlar.

Müasir dövrdə çirklənmiş hava, emal olunmuş qidalar və davamlı stress mədə-bağırsaq sisteminin təbii balansını pozur. Bu da öz növbəsində enerji azalmasına, immunitetin zəifləməsinə və ümumi sağlamlığın pisləşməsinə səbəb olur. Başqa sözlə, insan tədricən öz təbii güc və dayanıqlığını itirir.

Siberian Wellness bu çətinliyə sistemli şəkildə yanaşmağa çalışır. Şirkətin bu istiqamətdə bazara təqdim etdiyi məhsullar simptomları aradan qaldırmaqla yanaşı, mədə-bağırsaq ekosistemini bütövlükdə bərpa etməyə yönəlmişdir.

60-dan çox ölkədə fəaliyyət göstərən şirkətin Araşdırma və İnkişaf departamentinin mütəxəssislərinin sözlərinə görə bu gün dünyada xroniki bağırsaq iltihabı xəstəliklərindən əziyyət çəkən ölkələr üzrə ilk 5 yeri ABŞ (10-15%), Kanada (12%), BƏƏ (15%), Hindistan (28%) və Afrika ölkələri (34%) tutur. Bu göstəricilər oturaq həyat tərzi, sintetik qidalar, stress faktorları səbəbindən hər il getdikcə artmaqda davam edir. Məhz bu səbəbdən şirkətin komanda şəklində işləyərək ərsəyə gətirdiyi həllər bağırsaq mikroflorasının yaxşılaşdırılması, faydasız bakteriyalardan təmizlənməsi, faydalı mikrofloranın zənginləşdirilməsi və bədənin bərpasına hədəflənmişdir.

18 onlayn mağaza, 1500-dən çox oflayn satış nöqtəsi olan şirkət mikrofloranın təbii balansını bərpa etmək, detoksifikasiya proseslərini başladan və bütün səviyyələrdə optimal mədə-bağırsaq funksiyasını dəstəkləyən innovativ formullar ilə hazırladıqları məhsullar sırasına aşağıdakılar əlavə edilmişdir.

Pure Life adlı məhsul - bağırsağın təmizlənməsi, bağırsaqda toksin və artıq qazların sorulması ilə şişkinlik və ağırlığı azaldaraq həzm sisteminə rahatlıq gətirir.

Bağırsaqların bərpası üçün nəzərdə tutulan Probiotic Elbifid məhsulu isə mikrofloranın yenilənməsi, həzm sisteminin yaxşılaşdırılması və bağırsaq divarının möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur.

İltihab problemi ilə üz-üzə qalan insanların bağırsaq mikroflorasının yaxşılaşdırılması üçün nəzərdə tutulan Intestinal Defense məhsulu isə həm iltihabın qarşısını alır, həm də immuniteti gücləndirir.

Bağırsaqların qidalanması prosesini aktiv şəkildə təmin edən Pik (Inulin) məhsulu isə bağırsaqda faydalı bakteriyaların çoxalmasının stimullaşdırılmasına və hərəkətliliyin artmasına müsbət təsir edir.

Qeyd edək ki, Siberian Wellness şirkəti sağlamlıq, idman və gözəllik məhsullarının beynəlxalq istehsalçısıdır. Şirkət, innovativ texnologiyalar, təbii inqrediyentlər və sübutlara əsaslanan tibb məhsulları ilə tanınır. Şirkətin digər kateqoriya üzrə məhsulları ilə tanış olmaq üçün https://az.siberianhealth.com/az/ rəsmi səhifəsinə daxil olaraq sifariş edə bilərsiniz.