“Qarabağ” 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və "Ferensvaroş" (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başa çatıb.

Day.Az bildirir ki, Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade ilə Abdullah Zubir fərqləniblər. Rəqibdə isə Lenni Jozef, Barnabaş Varqa (penalti) və Aleks Tot diqqət mərkəzinə düşüblər.

İlk görüşdə 3:1 hesablı üstünlük əldə edən "Qarabağ" tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edib.

xxx

22:32

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və "Ferensvaroş" (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda beşinci qol vurulub.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 82-ci dəqiqəsində rəqibin heyətində Aleks Tot diqqət mərkəzinə düşüb.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

xxx

22:09

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və "Ferensvaroş" (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda dördüncü qol vurulub.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 55-ci dəqiqəsində rəqibin heyətində Barnabaş Varqa diqqət mərkəzinə düşüb. Hücumçu penaltidən fərqlənib.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

xxx

 

21:35

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və "Ferensvaroş" (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda üçüncü qolu vurulub.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 45-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir komandamızı önə keçirib.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

xxx

21:15

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və "Ferensvaroş" (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda hesab bərabərləşib.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə hesabı 12-ci dəqiqəsində rəqibin heyətində Lenni Jozef açıb.

"Qarabağ"ın heyətində qolu 25-ci dəqiqədə Leandro Andrade vurub.

xxx

20:48

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və "Ferensvaroş" (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başlayıb.

Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:45-də start götürüb.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

Komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.