https://news.day.az/azerinews/1807961.html Avropa və ABŞ-də elektrikli avtomobil satışları artıb: Çində isə azalıb İsveçin "Volvo Cars" şirkəti 2023-cü ilin dekabr ayında satışlarının 2% artaraq 75.049 avtomobilə çatdığını açıqlayıb. Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, artım əsasən Avropa və ABŞ-də tam elektrikli modellərə tələbatın yüksəlməsi ilə əlaqələndirilir.

Avropa və ABŞ-də elektrikli avtomobil satışları artıb: Çində isə azalıb

Azərbaycanca, 7 января 2026 19:13 (UTC +04:00) 305
Avropa və ABŞ-də elektrikli avtomobil satışları artıb: Çində isə azalıb

İsveçin "Volvo Cars" şirkəti 2023-cü ilin dekabr ayında satışlarının 2% artaraq 75.049 avtomobilə çatdığını açıqlayıb.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, artım əsasən Avropa və ABŞ-də tam elektrikli modellərə tələbatın yüksəlməsi ilə əlaqələndirilir.

Şirkət dekabrda tam elektrikli avtomobil satışlarının illik müqayisədə 28% artdığını, bu göstəricinin Avropada 33%, ABŞ-da isə 43% təşkil etdiyini bildirib.

 

Çində isə elektrikli modellərin satışında 80%-lik ciddi azalma müşahidə olunub. Ümumilikdə elektrikli avtomobil satışları 6% artsa da, elektrikli hibrid modellərə marağın azalması bu artımı məhdudlaşdırıb.

Şirkət 2023-cü il ərzində ümumilikdə 710.042 avtomobil satıb. Ən böyük bazarları isə Çin, ABŞ, Böyük Britaniya, Almaniya və İsveç olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости