https://news.day.az/azerinews/1816692.html Ali Məclis deputatının köməkçisinin hüquqi statusu yaradılır Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının köməkçisinin hüquqi statusu yaradılacaq. Day.Az xəbər verir ki, bu məsələ Ali Məclisin fevralın 18-də keçiriləcək plenar iclasının gündəliyində yer alan müvafiq qanun layihəsində öz əksini tapıb.

Ali Məclis deputatının köməkçisinin hüquqi statusu yaradılır

Azərbaycanca, 17 февраля 2026 13:01 (UTC +04:00) 324
Ali Məclis deputatının köməkçisinin hüquqi statusu yaradılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının köməkçisinin hüquqi statusu yaradılacaq.

Day.Az xəbər verir ki, bu məsələ Ali Məclisin fevralın 18-də keçiriləcək plenar iclasının gündəliyində yer alan müvafiq qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola biləcək.

Deputatın köməkçiləri Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına saxlanılacaq.

Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənəcək.

Deputatın köməkçisinə aid əlavə tələblər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarı ilə müəyyən ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости