https://news.day.az/azerinews/1832955.html Kəlbəcər KES üzrə ölçmə işləri yekunlaşmaq üzrədir - Cavid Abdullayev Kəlbəcərdə Külək Elektrik Stansiyası (KES) üzrə ölçmə işləri yekunlaşmaq üzrədir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib. "Kifayət qədər maraqlı nəticələr var.

Kəlbəcər KES üzrə ölçmə işləri yekunlaşmaq üzrədir - Cavid Abdullayev

Azərbaycanca, 7 мая 2026 16:10 (UTC +04:00) 245
Kəlbəcər KES üzrə ölçmə işləri yekunlaşmaq üzrədir

Kəlbəcərdə Külək Elektrik Stansiyası (KES) üzrə ölçmə işləri yekunlaşmaq üzrədir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

"Kifayət qədər maraqlı nəticələr var. Göstəricilər kifayət qədər ümidvericidir", - o bildirib.

Qeyd edək ki, 2024-cü ilin noyabrın 20-də COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, "Clean Energy Invest" MMC (AGEC-in törəmə şirkəti) və "Baltech Green" MMC arasında Kəlbəcər KES-in inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu unikal layihə dəniz səviyyəsindən 3 100 metr yüksəklikdə həyata keçiriləcək və ən hündür KES olacağı gözlənilir. "Clean Energy Invest" və "Baltech Green" layihə üçün birgə müəssisə yaradıblar.

İlkin gücü 240 MVt olacaq KES-in 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlayacağı gözlənilir. Layihə gələcəkdə 600 MVt gücə çatmaq potensialına malikdir. 2025-ci ilin sonunda Kəlbəcərdə yüksək hündürlükdə ilkin gücü 240 MVt olacaq külək elektrik stansiyasının (KES) təməli qoyulub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости