https://news.day.az/azerinews/1838206.html Naxçıvanda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib - VİDEO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası, "Arpaçay" çayının Şərur rayonunun Yuxarı Daşarx kəndindən keçən hissəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Naxçıvanda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib - VİDEO

Azərbaycanca, 30 мая 2026 21:39 (UTC +04:00) 332
Naxçıvanda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası, "Arpaçay" çayının Şərur rayonunun Yuxarı Daşarx kəndindən keçən hissəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Day.Az-a bildirib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın çay yatağında traktorla dib dərinləşdirmə işləri apardığı zaman ani gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости