https://news.day.az/azerinews/1839754.html Ermənistanda seçki pozuntularını aşkarlamaq üçün dronlardan istifadə olunacaq Ermənistanın Korrupsiya İlə Mübarizə Komitəsi seçicilərin ələ alınması hallarının aşkar edilməsi və qarşısının alınması məqsədilə ölkə üzrə genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin keçirildiyini bildirib. Day.Az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Ermənistanda seçki pozuntularını aşkarlamaq üçün dronlardan istifadə olunacaq

Azərbaycanca, 6 июня 2026 16:57 (UTC +04:00) 335
Ermənistanda seçki pozuntularını aşkarlamaq üçün dronlardan istifadə olunacaq

Ermənistanın Korrupsiya İlə Mübarizə Komitəsi seçicilərin ələ alınması hallarının aşkar edilməsi və qarşısının alınması məqsədilə ölkə üzrə genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin keçirildiyini bildirib.

Day.Az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Qurumun məlumatına görə, əməliyyatlar son aylarda daxil olmuş operativ məlumatlar və vətəndaş müraciətləri əsasında həyata keçirilir.

 

Tədbirlər çərçivəsində qanunvericilikdə nəzərdə tutulmuş alətlərdən və müasir texniki vasitələrdən, o cümlədən pilotsuz uçuş aparatlarından (dronlardan) istifadə olunacaq.

Komitədə bildirilib ki, seçki prosesləri zamanı mümkün rüşvət alma və vermə faktları üzrə əhəmiyyətli həcmdə məlumatlar, həmçinin daha əvvəl keçirilmiş axtarışlar nəticəsində əldə olunmuş materiallar onların sərəncamındadır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости