https://news.day.az/azerinews/1839856.html
Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib
Oğuz rayonu ərazisində əsən külək nəticəsində irigövdəli ağac nəqliyyatın intensiv olduğu avtomobil yoluna aşıb, qısa müddət hərəkət məhdudlaşıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində ağacın yola aşması faktı qeydə alınıb.
Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib
Oğuz rayonu ərazisində əsən külək nəticəsində irigövdəli ağac nəqliyyatın intensiv olduğu avtomobil yoluna aşıb, qısa müddət hərəkət məhdudlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində ağacın yola aşması faktı qeydə alınıb.
Hadisə yerinə dərhal Dövlət Yol Polisinin əməkdaşları cəlb olunaraq nəzarət həyata keçiriblər. Həmçinin aidiyyatı qurumun əməkdaşları ağacı doğrayaq ərazidən götürüb, yol qırıntılardan təmizlənib və hərəkət tam bərpa olunub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре