Süni intellektin yaratdığı vaksin ilk dəfə insanlarda sınaqdan keçirildi

Böyük Britaniyanın Kembric Universiteti və DIOSynVax biotexnologiya şirkəti süni intellekt vasitəsilə yaradılan universal koronavirus vaksinasını insanlarda sınaqdan keçirdi.

Day.Az xəbər verir ki, ilk faza tədqiqatlarında 39 sağlam könüllü iştirak edib və vaksin ciddi yan təsirlər göstərməyib.

Vaksina təkcə SARS-CoV-2-yə deyil, həm də SARS və bir sıra yarasa koronaviruslarına qarşı immunitet yaradır. Bu, gələcəkdə insanlara yoluxma riski olan viruslara qarşı geniş qoruma təmin etməyə yönəlib.

Süni intellekt və maşın öyrənməsi ilə yaradılmış "superantigen" komponenti immun sistemini müxtəlif virusları tanımağa öyrədir.

Tədqiqatçılar, bu yanaşmanın gələcəkdə qrip, Ebola və digər potensial pandemiyalara qarşı universal vaksinlərin hazırlanmasında da istifadə edilə biləcəyini bildirirlər.