https://news.day.az/azerinews/1840642.html Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir - Mikayıl Cabbarov Azərbaycanın son onilliklərdə uğur gətirən modeli ondan ibarətdir ki, biz əlavə gəlirləri daha çox ehtiyatlara yönəldirik. Bu ehtiyatlar - Neft Fondunun və Mərkəzi Bankın rezervləri və şoklardan qorunma mexanizmləri - öz növbəsində makroiqtisadi və makrofiskal sabitliyin təmin olunmasına xidmət edir.

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir - Mikayıl Cabbarov

Azərbaycanca, 10 июня 2026 23:54 (UTC +04:00) 347
Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir

Azərbaycanın son onilliklərdə uğur gətirən modeli ondan ibarətdir ki, biz əlavə gəlirləri daha çox ehtiyatlara yönəldirik. Bu ehtiyatlar - Neft Fondunun və Mərkəzi Bankın rezervləri və şoklardan qorunma mexanizmləri - öz növbəsində makroiqtisadi və makrofiskal sabitliyin təmin olunmasına xidmət edir.

Day.Az xəbər veriir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində bildirib.

Bunun çox yaxşı nümunəsinin işğaldan azad edilmiş ərazilərlə bağlı olduğunu bildirən nazir deyib: "Bu ərazilər dövlət büdcəsi üçün tamamilə yeni, həcmcə böyük sərmayə və xərc istiqamətidir. Amma biz iqtisadi baxımdan ona xərc deyil, investisiya kimi baxırıq. Çünki bu investisiya uzunmüddətli dövrdə, vətəndaşlarımızın qayıdışı, iqtisadi fəallığın bərpası və ərazilərin yenidən qurulması zamanı öz töhfəsini verəcək".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости