https://news.day.az/azerinews/1840745.html Yunus Oğuzun üç kitabı bir romanda - “Qara Yusif” Azərbaycanın tanınmış yazıçı-publisisti Yunus Oğuz yeni tarixi əsərini - "Qara Yusif" romanını başa çatdırıb. Üç kitabdan   ibarət olan romanın bu ilin sonunadək çap olunaraq oxucuların ixtiyarına verilməsi nəzərdə tutulur.

Yunus Oğuzun üç kitabı bir romanda - “Qara Yusif”

Azərbaycanca, 11 июня 2026 13:27 (UTC +04:00) 834
Yunus Oğuzun üç kitabı bir romanda - “Qara Yusif”

Azərbaycanın tanınmış yazıçı-publisisti Yunus Oğuz yeni tarixi əsərini - "Qara Yusif" romanını başa çatdırıb. Üç kitabdan   ibarət olan romanın bu ilin sonunadək çap olunaraq oxucuların ixtiyarına verilməsi nəzərdə tutulur.

Olaylar.az xəbər verir ki,, tarixi hadisələr və görkəmli şəxsiyyətlərin həyatından bəhs edən əsər Qaraqoyunlu hökmdarı Qara Yusifin fəaliyyətini əhatə edir. Romanın birinci kitabı "Əmir Teymur və Qara Yusif", ikincisi  "Qara Yusif və Teymurilər", üçüncü kitab  isə "Qara Yusif və Teymuri hökmdarı Şahruh" adlanır.

Müəllifin yeni əsərində orta əsrlər dövrünün mühüm siyasi prosesləri, Qara Yusifin hakimiyyət uğrunda mübarizəsi və bölgədə baş verən tarixi hadisələr bədii dillə təqdim olunur. Tarixsevərlərin marağına səbəb olacaq romanın nəşri artıq ədəbiyyat ictimaiyyətində diqqətlə gözlənilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости