Dırnaqlar “səssiz qatili” aşkar edə bilər: Diqqət edilməli ƏLAMƏTLƏR
Mütəxəssislər xəbərdarlıq edir ki, yüksək xolesterin "səssiz qatili" adlanır, çünki uzun müddət heç bir simptom vermir. Bununla yanaşı, dırnaqlarda baş verən bəzi dəyişikliklər qan dövranında problemlərin əlaməti ola bilər və xolesterin səviyyəsini yoxlatmaq üçün səbəb ola bilər.
Day.Az xəbər verir ki, xüsusilə dırnaqların altında incə qırmızı-qəhvəyi xətlər, kövrəklik, böyümənin ləngiməsi və rəngin dəyişməsi diqqətə alınmalıdır.
Yüksək xolesterin orqanizm üçün vacib olsa da onun çoxluğu damar divarlarında piy lövhələrinin əmələ gəlməsinə səbəb olur, bu da arteriyaların daralmasına və ürək-damar xəstəliklərinin riskini artırır. Ən təhlükəli tərəfi isə simptomların uzun müddət hiss olunmamasıdır.
Həkimlər xatırladır ki, dırnaqlardakı dəyişikliklər analiz yerini tutmur. Ən etibarlı yol qan analizi aparmaqdır. Xüsusilə 40 yaşdan yuxarı, diabet, yüksək təzyiq və ya ürək-damar xəstəlikləri ailə tarixi olan şəxslər mütəmadi yoxlanmalıdır. Fiziki aktivliyi artırmaq, çəkini nəzarətdə saxlamaq, siqareti tərgitmək və tərəvəz, meyvə, paxlalılar, tam taxıllı qidalarla zəngin rasionu saxlamaq tövsiyə olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре