https://news.day.az/azerinews/1841592.html Tovuzda suvarma kanalından meyit tapılıb Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində bir nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub. Bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Tovuzda suvarma kanalından meyit tapılıb

Azərbaycanca, 15 июня 2026 17:56 (UTC +04:00) 317
Tovuzda suvarma kanalından meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində bir nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.

Bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

 

Dalğıclar tərəfindən 1987-ci il təvəllüdlü Dəmirov Sərxan Qüdrət oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости